ABŞ-dən deportasiya edilən immiqrantlar kömək istəyir - Aralarında türklər də var

DÜNYA
14:54 21.02.2025
329
Panama paytaxtında yerləşən lüks Dekapolis oteli ABŞ-dan deportasiya edilmiş 299 immiqrantın yerləşdiyi "müvəqqəti saxlama” mərkəzinə çevrilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Trampın "Panama kanalını geri almaq” təhdidlərinin kölgəsində baş tutan xarici işlər naziri Marko Rubionun səfərindən sonra Panama hökuməti miqrantlar üçün "körpü” ölkə olmağa razılaşıb.
 
Panama rəsmiləri miqrantların oteldən çıxmasına icazə verilməməsi ilə bağlı iddialara toxunaraq, paytaxt əhalisinin təhlükəsizliyini və dincliyini təmin etməyə borclu olduqlarını bildiriblər. Saxlanılan immiqrantlar arasında türklərdə var.
 
Türkiyənin Panamadakı səfirliyinin rəsmiləri məsələ ilə bağlı hadisələri yaxından izlədiklərini bildiriblər.

 Aysel
OXŞAR XƏBƏRLƏR