ABŞ İsraildəki diplomatların ailələrinə məzuniyyət verir.
AZXEBER.COM xəbər verir ki, ABŞ Dövlət Departamenti İsraildəki səfirlikdə işləyən, lakin təcili ehtiyacı olmayan işçilərin və diplomatların ailələrinə ölkəni tərk etməyə icazə verib.
Fələstinli qruplarla münaqişələr səbəbindən ABŞ Dövlət Departamenti İsraildəki səfirlikdə çalışan təcili olmayan əməkdaşların və diplomatların ailələri ilə bağlı qərar qəbul edib.
ABŞ bu şəxslərin ölkəni tərk edə biləcəyini bəyan edib.
Səfirliyin sözçüsü qeyd edib ki, səfirlik bundan sonra da açıq olacaq və diplomatik əlaqələri davam etdirəcəklər.
Mətbuat katibi qeyd edib ki, diplomatik əlaqələri davam etdirəcəklər.
Ayşən