Fələstin-İsrail müharibəsinin Livana yayılma ehtimalı regional müharibə qorxusunu artırsa da, İsrail mətbuatının yazdığına görə, ABŞ İsrailə "Hizbullah"la müharibəyə başlamaması üçün təzyiq edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail mətbuatı son zamanlar İsrailə dəstəyini artıran ABŞ rəhbərliyinin Livanda Hizbullahla müharibəyə başlamaması üçün İsrailə təzyiq etdiyini yazıb.
"Times of Israel” qəzeti, adı açıqlanmayan iki məmura əsaslanan hesabatında Ağ Evin müharibənin blokada altındakı Qəzza zolağından kənara çıxmasının qarşısını almaq üçün səy göstərdiyini bildirib.
Qəzetə danışan rəsmilər bildiriblər ki, ABŞ özəl və açıq şəkildə Hizbullah və İrana İsrailin şimal cəbhəsində müharibə başlamaması üçün xəbərdarlıq edib. Rəsmilərin sözlərinə görə, ABŞ İsrailə Hizbullahın hücumlarına cavab verərkən diqqətli olması barədə də xəbərdarlıq edib və İsrail ordusunun Livandakı səhvinin daha böyük müharibəyə səbəb ola biləcəyinə işarə edib.
Xəbərdə Ağ Ev rəsmilərinin son günlərdə Təl-Əviv rəhbərliyinə Hizbullahın İsrailə qarşı müharibəyə başlayacağı təqdirdə ABŞ ordusunun İsrail ordusuna dəstək verəcəyi mesajını verdiyi qeyd edilib.
Ayşən