ABŞ-dən İsrailə növbəti XƏBƏRDARLIQ

ABŞ-dən İsrailə növbəti XƏBƏRDARLIQ
DÜNYA
13:15 08.12.2023
205
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsraili günahsız mülki insanları qorumaq üçün qanunlara riayət etməyə çağırmağa davam etdiklərini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, gündəlik mətbuat konfransında Pentaqonun sözçüsü Sabrina Sinqa oktyabr ayında İsrailin Livanda açdığı atəş nəticəsində öldürülən jurnalistlərlə bağlı dərc olunan xəbərlərlə bağlı sual verilib.

Sözügedən xəbərləri dəyərləndirə bilməyəcəyini ifadə edən Sinq sadəcə olaraq İsrail rəsmiləri ilə görüşlərində hərbi əməliyyatlarının hədəf yönümlü olması çağırışlarını davam etdirdiklərini qeyd edib.

"Biz İsraili silahlı münaqişə və humanitar qanunlara və mətbuat nümayəndələri də daxil olmaqla günahsız mülki şəxslərin müdafiəsinə dair qanunları dəstəkləməyə çağırmağa davam edirik", deyə o açıqlamasında bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR