ABŞ-dən Putin və Kim Çen İn görüşünə MÜNASİBƏT

ABŞ-dən Putin və Kim Çen İn görüşünə MÜNASİBƏT
DÜNYA
19:07 13.09.2023
326
ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen In ilə planlaşdırılan görüşünü "yardım diləmək” kimi qiymətləndirib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Putinin G-20 Sammitinə qatılmamasının onun "beynəlxalq pariya statusu” ilə bağlı olduğunu irəli sürən Miller, Putin-Kim Çen In görüşünü çox yaxından izləyəcəklərini bildirib: 

"Mən Putinin öz ölkəsini gəzərək marginallaşmış bir hökumət rəsmisi ilə görüşməsini, qalib gələcəyini iddia etdiyi müharibədə kömək istəməsi kimi təsvir edirəm”,- deyə Miller qeyd edib. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR