ABŞ-dən Qəzza ilə bağlı açıqlama: Sülh planını tam həyata keçirəcəyik

ABŞ-dən Qəzza ilə bağlı açıqlama: Sülh planını tam həyata keçirəcəyik
DÜNYA
03:30 21.08.2026
281
ABŞ Dövlət Departamenti Qəzzada 21 maddəlik sülh planının tam şəkildə həyata keçirilməsində qərarlı olduğunu açıqlayıb.

AZXEBER.COM-un xarici mediaya istinadən məlumatına görə, Dövlət Departamentinin sözçüsü Tommi Piqott İsraildən plana zidd açıqlamalar səsləndirildiyi bir vaxtda Vaşinqtonun mövqeyini dəyişmədiyini bildirib.

Piqott ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 21 maddəlik sülh planının tam şəkildə icra olunmasında qərarlı olduqlarını vurğulayıb.

ABŞ rəsmisi Qəzzada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün Beynəlxalq Sabitlik Qüvvəsinin planın əsas komponentlərindən biri olduğunu qeyd edib.

O bildirib ki, bu istiqamətdə zəruri addımların atılması davam etdirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR