ABŞ-dən rekord ixrac - 2023-cü ildə bu qədər silah satıb

ABŞ-dən rekord ixrac - 2023-cü ildə bu qədər silah satıb
DÜNYA
11:05 30.01.2024
140
Qlobal qeyri-sabitliyin təsiri və Ukrayna müharibəsi səbəbindən ABŞ 2023-cü ildə silah satışını rekord səviyyəyə çatdırıb.
    
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti ölkənin 2023-cü ildə xarici ölkələrə silah satışının 16 faiz artaraq rekord həddə - 238 milyard dollara çatdığını bildirib.

Bunun 81 milyard dolları birbaşa dövlət satışlarından, qalanı isə ABŞ müdafiə sənayesi şirkətlərinin digər ölkələrlə bağladığı müqavilələrdən əldə edilib.

ABŞ-ın satış rekordunda Ukrayna müharibəsi və qlobal qeyri-sabitliyin artması təsirli olub. Ukraynanın qonşularından biri olan Polşa ABŞ ilə ən böyük silah müqaviləsi bağlayan ölkələr sırasında idi. Polşa 12 milyard dollara Apache helikopterləri, 10 milyard dollara çoxbarrelli Himars raket sistemləri və 3.75 milyard dollara M1A1 Abrams tankları alıb.

Almaniya 8.5 milyard dollara "Chinook” helikopterləri, Bolqarıstan 1.5 milyard dollara "Stryker” zirehli maşını, Norveç isə 1 milyard dollarlıq helikopterlər alıb.

Co Bayden administrasiyası iddia edir ki, onların Ukraynaya verdiyi dəstək silah satışı ilə də ölkə iqtisadiyyatına töhfə verir.
 
ABŞ Dövlət Departamentinin bəyanatında silah satışı və transferinin ABŞ xarici siyasətinin mühüm aləti olduğu bildirilib.

Qlobal qeyri-sabitlik şəraitində Lockheed Martin və General Dynamics kimi ABŞ şirkətlərinin dəyərinin daha da artacağı gözlənilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR