ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”

ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
SİYASƏT
02:57 11.07.2025
696

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib. Tədbirdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus jurnalistlərin suallarını cavablandırıb. Brifinqdə Editor.az İnformasiya Agentliyinin ABŞ təmsilçisi, jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov da iştirak edib.

Əhməd Şahidov brifinq zamanı bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş barədə sual ünvanlayıb. O, eyni zamanda iki gün əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubionun Azərbaycan və Ermənistan arasında tezliklə sülh imzalanacağına dair ümidlərini ifadə etdiyi açıqlamanı xatırladaraq, bu bəyanatla Əbu-Dabidə keçirilən görüş arasında hər hansı əlaqənin olub-olmadığını və Vaşinqtonun sülh prosesi ilə bağlı konkret planının mövcudluğunu soruşub.



Suallara cavab verən Temmi Bryus bildirib ki, ABŞ Cənubi Qafqazda sülh və sabitliyin təşviqi istiqamətində səyləri dəstəkləyir və müvafiq media məlumatlarını diqqətlə izləyir. O, əlavə edib ki, hazırda bu məsələyə dair açıqlanacaq əlavə məlumat yoxdur.

ABŞ administrasiyasının yanaşmasına toxunan Bryus qeyd edib: "Bildiyiniz kimi, Prezident Donald Tramp və Dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Prezidentin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiqliyini açıq şəkildə nümayiş etdirdi”.
 



OXŞAR XƏBƏRLƏR