ABŞ Dövlət Departamenti son günlər cəbhə xəttində baş verənlərə münasibət bildirdi

SİYASƏT
20:00 25.01.2014
1862
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində insanların həlak olmasından təəssüf hissi keçirir.
AZXEBER.COM xəbər verir ki, bu barədə deparmanetin sözçüsü Mari Harf brifinq zamanı deyib.
O qeyd edib ki, biz insanların həlak olması barədə məlumatları görmüşük və bu barədə təəssüf hissi keçiririk.
“Bizim mövqe dəyişməyib. Güc tətbiqi münaqişəni həll edə bilməz”.
O bildirib ki, ABŞ əvvəlki kimi tərəflərlə münaqişənin sülh yolu ilə həll edilməsi üçün işləməyin tərəfdarıdır.
“Bu bizim məqsədimizdir. Bu dəyişməyib. Biz bilirik ki, bu çətindir, amma bunun üzərində işimizi davam etdirəcəyik”.
Xatırladaq ki, son günlər erməni tərəfindən atəşkəs rejiminin pozulması faktları artıb.

OXŞAR XƏBƏRLƏR