ABŞ dövlət katibi: Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub

ABŞ dövlət katibi: Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub
SİYASƏT
18:48 08.08.2026
170
ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub.

AZXEBER.COM xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "X” hesabında Vaşinqton görüşünün birinci ildönümü ilə bağlı paylaşımında bildirib.

"Prezident Tramp sülh prezidentidir. Düz bir il əvvəl o, Ağ Evdə keçirilən mühüm görüş zamanı Ermənistan və Azərbaycan arasında sülhə nail oldu”, – Rubio qeyd edib.

Dövlət katibi xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə hər iki ölkə üçün tarixi dönüş nöqtəsi olan Birgə Bəyannaməni imzalayıblar.
OXŞAR XƏBƏRLƏR