6,3 min məktəb partlayış təhdidi ilə bağlı elektron məktublar alıb

6,3 min məktəb partlayış təhdidi ilə bağlı elektron məktublar alıb
DÜNYA
00:33 12.11.2026
27
İtaliyanın təxminən 6,3 min dövlət məktəbinə onların ərazisinə bomba qoyulması barədə xəbərdarlıq edən elektron məktublar daxil olub.

AZXEBER.COM İtaliya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Cüzeppe Valditara bildirib.

"Corriere della Sera"nın məlumatına görə, nazir idarənin informasiya xidmətlərinin rəhbərinə bu göndərişin təsir etdiyi təhsil müəssisələrinin dəqiq sayını müəyyənləşdirməyi tapşırıb. Məlumatlara əsasən, hazırda məktublar ölkədəki 7 476 dövlət məktəbindən təxminən 6,3 mininə daxil olub. Kütləvi məktub göndərişi özəl məktəblərə və böyüklər üçün təhsil mərkəzlərinə təsir etməyib.

Qeyd olunur ki, bir sıra məktəblərdə təxliyə həyata keçirilib, lakin bomba ilə bağlı xəbərdarlıqların heç biri təsdiqini tapmayıb.

İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, aparılan yoxlamalar hələlik real təhlükə əlamətlərini aşkar etməyib. Onun sözlərinə görə, bu hərəkətlər, ehtimal ki, təşviş və narahatlıq yaratmağa yönəlib.

"Hökumət təhsil müəssisələrində partlayış təhdidləri ilə bağlı çoxsaylı mesajları diqqətlə izləyir. Hüquq-mühafizə orqanları və bütün səviyyələrdəki dövlət qurumları vəziyyətin monitorinqi və vətəndaşların, ailələrin və məktəb işçilərinin rahatlığının təmin edilməsi üzərində işləyir. Hazırda aparılan yoxlamalar konkret təhlükənin mövcudluğunu deməyə əsas verən heç bir hal aşkar etməyib", - Meloni sosial şəbəkələrdə yazıb.
OXŞAR XƏBƏRLƏR