ABŞ sürətlə inkişaf edən iqtisadi və hərbi güc kimi Çinlə münasibətlərini saxlamalıdır.
Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"Bizə əlaqələr lazımdır, çünki onun olmaması münaqişəyə səbəb ola bilər”, - o bildirib.
M.Rubio əlavə edib ki, Çindən asılı olan bir dünyada yaşamaq istəmirlər: "Çin Hind-Sakit okean regionunda hökmranlıq edir, regional ticarətə, təchizat zəncirlərinə nəzarət edir”.
ABŞ dövlət katibi vəd edib ki, Vaşinqton Pekinlə münasibətlərində simmetrik davranacaq: "Onlar nəsə etsələr, biz də onu edəcəyik”.
"ABŞ-də Çin şirkətləri nə istəyirlərsə edirlər, bizim oradakı şirkətlərimiz isə məhdudiyyətlərə məruz qalır”, - M.Rubio vurğulayıb.