ABŞ Ermənistanı Azərbaycanla yeni müharibəyə təhrik edir - Çıxış yolu nədir?

SİYASƏT
11:42 24.07.2024
1605
"ABŞ-də yaşanan siyasi proseslər Vaşinqton-Bakı münasibətlərinin perspektivləri barədə də ciddi suallar ortaya çıxarır. Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunda çıxışında da ifadə etdiyi kimi, ABŞ-də kimin hakimiyyətdə olacağı bir çox dövlətlər üçün prinsipial əhəmiyyətə malikdir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ABŞ-nin Azərbaycan və Ermənistana qarşı hərbi təxribatlara hazırlıq görməsinə münasibət bildirirkən deyib.

 

Deputatın sözlərinə görə, ABŞ-də Demokratların hakimiyyəti dövründə Azərbaycan və Türk dünyasına münasibətdə nifrət və düşmənçilik daha çox nəzərə çarpır:
 
"Sirr deyil ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər bir qayda olaraq respublikaçıların iqtidarları dövründə nisbətən yüksələn dövrünə qədəm qoyur. Demokratların hakimiyyəti dövründə isə nəinki Azərbaycan, bütövlükdə Türk və İslam dünyasına münasibətdə nifrət dili və açıq düşmənçilik ritorikası daha çox nəzərə çarpır. Xüsusən Azərbaycan bu yanaşmanı Vətən müharibəsi və antiterror tədbirlərindəki böyük zəfərlərinin ardınca, beynəlxalq hüququn aliliyini təmin etdikdən sonra birbaşa hiss etdi. ABŞ-nin qanunverici hakimiyyətinin hər iki palatası, o cümlədən ABŞ Dövlət Departamentinin ayrı-ayrı vəzifəli şəxsləri Azərbaycanın öz suveren haqlarını bərqərar etməsinə fərqli don geyindirməyə, Azərbaycana münasibətdə total informasiya hücumları təşkil etməyə başlamışlar. Çox təəssüflər olsun ki, bu proses hazırda da səngiməyib".
 
Millət vəkili hesab edir ki, ABŞ Ermənistanı yenidən müharibəyə sövq etməklə Cənubi Qafqazda sülh və sabitliyə əngəl yaratmış olur:
 
"ABŞ indiki məqamda Ermənistanı yenidən müharibəyə təşviq etməklə regionda sülh və sabitlik qarşısında əngəl kimi çıxış etməyə başlamışdır. Bəllidir ki, ABŞ onsuzda Ermənistanda böyük miqyaslı kəşfiyyat infrastrukturuna sahibdir. Kiçik bir ölkədə 3 minə yaxın səfirlik əməkdaşının çalışması, təbii ki, bu barədə danışmaq üçün kifayət qədər ciddi əsaslar ortaya qoyur. ABŞ-nin Ermənistanla hərbi təlimləri və Ermənistan Müdafiə Nazirliyinə ABŞ-dən mütəxəssislərin cəlb edilməsi isə göstərir ki, Vaşinqton daha da irəliləməkdə və regionda münaqişənin yenidən alovlandırılmasında açıq maraqlı tərəf kimi çıxış etməkdədir.
 
Düzdür, ABŞ Ermənistanla hərbi təlimlərini tamamilə başqa ssenaridə təqdim etməyə cəhd göstərir, lakin, heç şübhəsiz ki, dağlıq ərazilərdə hücum və diversiya əməliyyatlarına hazırlıq məqsədi güdən, Ermənistan ordusunu Azərbaycanla həmsərhəd regionlarda əməliyyatlara təşviq edən bu proses birmənalı şəkildə Azərbaycanın hərbi-siyasi qələbələri ilə yaranmış konfiqurasiyanın dağıdılmasına yönəlib. Görünən odur ki, ABŞ Ermənistana özünün yeni hərbi koloniyası və forpostu kimi baxır. Təbii ki, Azərbaycan da bu prosesləri çox diqqətlə izləyir, təəssüf ki, ABŞ-nin regiona müsbət heç nə vəd etməyən bu davranışları digər, bu prosesdən daha çox zərər çəkəcək region ölkələrində hələ ki lazımi reaksiyalara səbəb olmayıb. Baxmayaraq ki ABŞ-nin Yaxın Şərqdə, o cümlədən Suriya, İraq, Ukrayna, hətta Gürcüstanın özündə bundan öncə ciddi faciələrə səbəb olan addımlarını təhlil etməli və regionda yeni təhlükə mənbəyinin formalaşmaması üçün səylərini birləşdirməlidir".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb