ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırdı

ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırdı
DÜNYA
03:12 01.12.2024
285

ABŞ Dövlət Departamenti "Gürcü Arzusu”nun Aİ-yə üzvlük prosesini dayandırması, həmçinin Gürcüstanla Strateji Tərəfdaşlığa son verilməsi ilə bağlı bəyanat yayıb. 

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda hakim partiyanın qərarının Gürcüstan xalqına vəd verdiyi və ölkə konstitusiyasında da əks olunmuş Aİ və NATO-ya inteqrasiya prinsipinə zidd olduğu qeyd edilib.

Vurğulanıb ki, "Gürcü Arzusu” Gürcüstanın Aİ-yə üzvlük prosesini dayandırmaqla Avropa ilə daha sıx əlaqələr imkanını rədd edib və Gürcüstanı Kreml qarşısında daha həssas edib.

"Gürcüstan xalqının böyük əksəriyyəti Avropaya inteqrasiyanı dəstəkləyir. Birləşmiş Ştatlar sərbəst toplaşmaq və ifadə azadlığından, o cümlədən dinc etiraz etmək azadlığından istifadə etmək istəyən gürcülərə qarşı polisin həddindən artıq güc tətbiqini pisləyir. Biz bütün tərəfləri etirazların dinc qalmasını təmin etməyə çağırırıq”, - bəyanatda qeyd edilib.

Əlavə olunub ki, ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığının əsasını demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquqları və fundamental azadlıqlara hörmət, korrupsiyaya qarşı səylər kimi ortaq dəyərlər və öhdəliklər təşkil edib, lakin "Gürcü Arzusu”nun "müxtəlif antidemokratik hərəkətləri" bu prinsipləri pozub, nəticədə ABŞ bu mexanizmi dayandırıb:

"Biz Gürcüstan hökumətinə öz Avro-Atlantik yoluna qayıtmağa, parlament seçkilərindəki bütün pozuntuları şəffaf şəkildə araşdırmağa, sərbəst toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran anti-demokratik qanunları ləğv etməyə çağırışımızı bir daha təkrar edirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb