ABŞ-Haiti uçuşlarını 30 gün müddətinə dayandırdı

ABŞ-Haiti uçuşlarını 30 gün müddətinə dayandırdı
DÜNYA
12:02 13.11.2024
173
Haitinin paytaxtı Port-o-Prinsə eniş etmək üzrə olan ABŞ-ın Spirit Hava Yollarına məxsus sərnişin təyyarəsi hücuma məruz qalıb. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, təyyarədə olan sərnişinlərdən xəsarət alan olmasa da, kabin heyəti üzvlərindən birinin yüngül xəsarət aldığı bildirilib. 

ABŞ mülki aviasiyasının Port-o-Prins hava limanına uçuşları 30 gün müddətinə dayandırıb. ABŞ-ın Haitidəki səfirliyi də ABŞ vətəndaşlarını Haitiyə səfər etməmək üçün çağırış edib.

Cəmalə
OXŞAR XƏBƏRLƏR