ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyaların qismən yumşaldılmasına icazə verir

DÜNYA
20:23 21.02.2025
858
Moskvanın siyasətində ciddi dəyişiklik olmayana qədər Vaşinqton anti-Rusiya sanksiyalarını ləğv etməyəcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio bir sıra avropalı diplomatla telefon danışığı zamanı onları əmin edib ki, məhdudlaşdırıcı tədbirlərin qismən yumşaldılmasını istisna etmir, eyni zamanda sanksiyaların ləğvi ilə bağlı plan yoxdur.

Bundan əvvəl M.Rubio bildirib ki, ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda keçirilən danışıqlarında sanksiyaların ləğvi və ərazi məsələləri müzakirə olunmayıb.
OXŞAR XƏBƏRLƏR