ABŞ-ı hədələyən Şimali Koreyadan dialoq təklifi - VİDEO

ABŞ-ı hədələyən Şimali Koreyadan dialoq təklifi - VİDEO
DÜNYA
16:00 18.04.2013
1265
Rəsmi Pxenyan Seulla dialoqa başlaya biləcəyi barədə bəyanat yayıb. Lakin Şimali Koreya öz cənub qonşusu ilə dialoqa yalnız BMT Şimali Koreyaya qarşı bütün sanksiyalarını ləğv etdiyi, eləcə də Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərini dayandırdığı halda razı olacaq.Pxenyan Cənubi Koreya və ABŞ-ın Şimali Koreyaya qarşı düşmən mövqeli təbliğatın dayandırmasını da tələb edir: “Əgər cənub qonşularımız və ABŞ Şimali Koreyanın dağıdıcı zərbəsindən qaçmaq və danışıqlara başlamaq istəyirsə, onlar bizim şərtlərimizi qəbul etməlidirlər”.Şimali Koreya televiziyası ilə səsləndirilimiş Dövlət Müdafiə Komitəsinin bəyanatında belə deyilir. Xatırladaq ki, bir müddət əvvəl ABŞ Şimali Koreyanın öz nüvə proqramından imtina etmək istiqamətində əhəmiyyətli addımlar atacağı təqdirdə bu ölkəyə yardımın bərpa edilməsi məsələsinə yenidən baxmağa hazır olduğunu bəyan etmişdi.
OXŞAR XƏBƏRLƏR