Yaxın vaxtlarda Ukrayna ilə ABŞ arasında nadir torpaq metallarına dair sazişin imzalanması gözlənilir.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal deyib.
Onun sözlərinə görə, Ukraynanın baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Svırıdenko artıq Vaşinqtona gedib, orada investisiya fondunun yaradılmasına dair sazişin yekun detalları yekunlaşdırılır.
Şmıxal qeyd edib ki, saziş bərabərhüquqludur və Ukraynanın inkişafı və bərpasına birgə sərmayələr yatırmaq məqsədi daşıyır. O vurğulayıb ki, saziş yaxın vaxtlarda imzalanacaq və Ukrayna onun həyata keçirilməsi istiqamətində ilk addımı atacaq: "Bütün təfərrüatlar dəqiqləşən kimi, ümid edirəm ki, yaxın 24 saat ərzində saziş imzalanacaq".