“ABŞ İlham Əliyevə qarşı böyük səhv edib” - Metyu Brayza

“ABŞ İlham Əliyevə qarşı böyük səhv edib” - Metyu Brayza
SİYASƏT
13:00 08.01.2016
3350

“Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda 2010-cu ildə keçirilən nüvə təhlükəsizliyi sammitinə dəvət almaması Ağ Evin diqqətsizliyi idi”.

Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiya KİV-nə açıqlamasında deyib:

“Deyə bilərəm ki, prezident İlham Əliyevi Barak Obamanın 2010-cu ildəki ilk nüvə sammitinə dəvət etməməklə Ağ Ev böyük səhv edib. Baxmayaraq ki, Ermənistan və Gürcüstan prezidentləri dəvət edilmişdi. Bu diplomatik səhv Ağ Evin diqqətsiz işinin nəticəsi idi”.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi Vaşinqtonda keçiriləcək 4-cü nüvə təhlükəsizliyi sammitinə dəvət edib. (qafqazinfo.az)

OXŞAR XƏBƏRLƏR