ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” qışqıran şəxs saxlanıldı

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” qışqıran şəxs saxlanıldı
SOSİAL
10:26 31.07.2017
701

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.

Naməlum şəxs səfirliyin qarşısında "Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

 Nəsimi rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb. 

 
///APA
OXŞAR XƏBƏRLƏR