ABŞ-ın baş infeksionisti: "Qışda koronavirusla bağlı vəziyyət pisləşə bilər"

ABŞ-ın baş infeksionisti: "Qışda koronavirusla bağlı vəziyyət pisləşə bilər"
DÜNYA
08:21 18.11.2021
337
Qış fəslində koronavirus infeksiyası ilə bağlı epidemioloji vəziyyət pisləşə bilər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın baş infeksionisti Entoni Fauci bildirib.

O qeyd edib ki, peyvənd olunmamış vətəndaşlar koronavirusa qarşı daha çox həssasdırlar.

Mütəxəssisin sözlərinə görə, hazırda "Delta” ştamının yayılması kontekstində xəstəliyin dinamikası da artır.

Fauci qeyd edib ki, artıq COVID-19-a qarşı peyvənd olunan şəxslər də risk altındadır.
OXŞAR XƏBƏRLƏR