ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı
SİYASƏT
11:00 09.05.2013
2441

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımının tanınması haqqında sənəd qəbul edib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ABŞ-ın Konnektikut ştatının Hartford şəhərində Türk Amerikanları Assosiasiyası Şurası və Konnektikutda Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş Ştat Kapitoliyasında (yerli qanunverici orqanın yerləşdiyi bina) III illik Türk Gününün keçirilməsinə həsr olunmuş tədbir keçirilib.Tədbir zamanı Konnektikut ştatı Senatında çoxluq liderinin müavini senator Endryu Meynard və Nümayəndələr palatası spikeri müavini Kevin Rayan Xocalı qətliamının anılması və tanınması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatının Baş Məclisi tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbova təqdim ediblər.Bundan sonra çıxış edən M. Talıbov Konektikut ştatı Baş Məclisinin nümayəndələrinə Azərbaycan xalqı tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün təşəkkürünü bildirərək, eyni zamanda 8 mayın qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin işğalı günü olduğunu və Azərbaycanın 20% ərazisinin 21 ildir ki, Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğunu qeyd edib.Bu kontekstdə, M.Talıbov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirib.Qeyd edək ki, tədbirdə həmçinin Konnektikut ştatının dövlət katibi x-m Denis Meril, Konnektikut ştatı Nümayəndələr palatasının spikeri Brendan Şarki, Nümayəndələr palatasında çoxluğun lideri Co Aresimoviç, Türkiyənin Boston şəhərindəki baş konsulu Burak Karartı, bir sıra digər yerli Senat və Nümayəndələr palatası üzvləri, habelə yerli türk icmasının nümayəndələri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib