ABŞ-ın hərbi müdaxilə planı Rusiyanı təşvişə saldı

DÜNYA
16:01 26.08.2013
1213

Rusiya ABŞ-ın Suriayaya müdaxilə edəcəyindən əməlli-başlı narahatdır

Son günlər ABŞ-ın Suriyaya hərbi müdaxilə edəcəyi barədə xəbərlər Rusiyanı narahat edir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ xarici işlər naziri Con Keriyə zəng vuraraq narahatlığını bildirib. Moskva rəsmisi ABŞ-ı təxribatlara fikir verməməyə, paytaxt Dəməşqə hər hansı bir hərbi müdaxilə fikrindən daşınmağa və BMT nümayəndələrinin kimyəvi silahdan istifadə edilib-edilməməsinin araşdırılmasına köməklik göstərməyə çağırıb. Rusiya XİN-in rəsmi internet saytının yaydığı xəbərə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun təşəbbüsü ilə həyata keçən telefon əlaqəsi zamanı Lavrov son günlərdə ABŞ-ın Suriyaya hərbi müdaxiləsi ilə əlaqədar hazırlığından Moskvanın ciddi narahat olduğu bildirilib. Açıqlamasında Lavrova Rusiyanın arqumentlərini diqqətlə incələyəcəyini söz verən Con Kerri, əgər hərbi müdaxilə olarsa bununYaxın Şərq və Şimali Afrika üçün təklükəli nəticələr doğuracağını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR