ABŞ-ın Liviyadakı konsulluğu yandırıldı

DÜNYA
09:49 12.09.2012
1455
Ötən axşam Liviyanın Benqazi şəhərində ABŞ səfirliyinə hücum olub.
Bir neçə silahlı şəxs diplomatik nümayəndəliyin binasını yandırıb. “Əl Ərəbiyyə” telekanalı isə xəbər verir ki, konsulluq qumbaratanlardan atəşə tutulub. “Reuters” Liviyanın güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb ki, səfirliyin binası qarşısında hərbçilərlə silahlılar arasında döyüşlər gedir.
Liviya rəsmilərinin sözlərinə görə, konsulluğa hücumu 11 sentyabr hadisələrinin ildönümü ilə əlaqədar Amerika televiziyasında Məhəmməd peyğəmbərin təhqir edildiyi filmin nümayişinə etiraz edən islamçılar ediblər.

OXŞAR XƏBƏRLƏR