ABŞ-ın məşhur binasında türk bayrağı - FOTO

ABŞ-ın məşhur binasında türk bayrağı - FOTO
DÜNYA
11:11 07.03.2023
185
Nyu Yorkdakı Empire State binası zəlzələ qurbanları üçün qırmızı və ağ rənglərlə işıqlandırılıb.

AZXEBER.COM xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 11 vilayətdə baş verən zəlzələlər nəticəsində Nyu Yorkdakı Empire State binası Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.

Fevralın 6-da Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirənlərin xatirəsini yad etmək və sağ qalanlara dəstək olmaq üçün tarixi bina qırmızı və ağ rənglərlə işıqlandırılıb. 

Bina rəhbərliyi "Twitter” hesabında "6 fevralda baş verən faciəvi zəlzələ qurbanlarına dəstək olmaq üçün bu gecə Empire State binası qırmızı və ağ rənglərlə parlayacaq" məlumatını paylaşıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR