ABŞ-ın Milli Qvardiyasının qüvvələri Los-Ancelesdən çıxarılır

ABŞ-ın Milli Qvardiyasının qüvvələri Los-Ancelesdən çıxarılır
DÜNYA
22:44 07.06.2020
1014
ABŞ-ın Milli Qvardiyası bölmələrinin Los-Ancelesdən (Kaliforniya ştatı) çıxarılmasına başlanılıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə KTLA telekanalı bildirib.

Qvardiya qüvvələri bir həftə öncə 10 milyonluq meqapolisə afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu qarışıqlıqların fonunda yeridilmişdi. Hərbçilər meriyanın binasını qoruyur və polisə davam edən kütləvi aksiyalarda təhlükəsizliyə nəzarət etməyə kömək edirdilər.

Mayın 31-dən iyunun 4-dək Los-Ancelesdə həmçinin komendant saatı qüvvədə idi, amma cümə axşamı şəhərin meri Erik Qarsetti meri bildirib ki, komendant saatının müddətini uzatmayacaq, çünki etirazlar daha qarışıqlıqlarla müşayiət olunmur.
OXŞAR XƏBƏRLƏR