ABŞ-ın vitse-prezidentinin təyyarəsində texniki nasazlıq yarandı

ABŞ-ın vitse-prezidentinin təyyarəsində texniki nasazlıq yarandı
DÜNYA
23:53 06.06.2021
641
ABŞ-ın xarici ölkəyə ilk rəsmi səfərə yola düşən vitse-prezidenti Kamala Harrisin təyyarəsində uçuşdan bir neçə dəqiqə sonra texniki nasazlıq yaranıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vitse-prezidentin baş məsləhətçisi və mətbuat katibi Simona Sanders bildirib.

O, qeyd edib ki, təyyarə Endryus (Merilend ştatı) hərbi bazasına qayıdıb. Simona Sandersin sözlərinə görə, vitse-prezident təyyarəni dəyişəcək və Qvatemalaya uçuşunu davam etdirəcək. "Bu texniki problemdir: "Təhlükəsizlik üçün ciddi narahatlıq yoxdur".

Harrislə birlikdə xarici səfərə yola düşən jurnalistlər bildirib ki, təyyarə yerli vaxtla saat 14:22-də ( Bakı vaxtı ilə saat 22:22) bazadan uçub, amma saat 14:53-də (Bakı vaxtı ilə saat 22:53) geri qayıdıb. Onlar qeyd ediblər ki, uçuş vaxtı şassidə qeyri-adi səs-küy eşidilib, ancaq enmə tamamilə normal baş tutub.

Harris 7-8 iyunda Meksikaya və Qvatemalaya səfər edəcək. O, ABŞ-da Amerika-Meksika sərhədi vasitəsilə kütləvi emiqrasiya problemini müzakirə etmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR