ABŞ Çini rüsumlarla qorxuda bilməyəcək - Səfir

ABŞ Çini rüsumlarla qorxuda bilməyəcək - Səfir
DÜNYA
22:21 03.05.2025
480
ABŞ ikitərəfli ticarətdə qərarları ilə Çini qorxuda bilməyəcək və Vaşinqton bu məsələlərlə bağlı danışıqlar aparmaq istəyirsə, Pekini bərabər əsasda cəlb etməlidir.

Bu barədə Çinin ABŞ-dəkı səfiri Se Fen Amerika administrasiyasına müraciətində bildirib.

Səfir qeyd edib ki, gömrük rüsumlarının artırılması heç kimə sərf etmir.

"Bu, biznesləri sabitsizləşdirir, xərcləri artırır, maliyyə bazarlarına zərbə vurur və qlobal [iqtisadi] artımı ləngidir. Rüsumlar müharibəsi Çin tərəfindən başlamayıb. Biz müharibə etmək istəmirik. Ancaq bizi qorxutmaq olmayacaq. Biz təkcə öz qanuni hüquq və maraqlarımızı deyil, həm də beynəlxalq ticarət nizamını qoruyuruq", - diplomat bildirib.

"Əgər ABŞ danışıqlar aparmaq istəyirsə, bunu bərabərlik, hörmət və qarşılıqlılıq ruhunda etməlidir", - deyə o qeyd edib.
 
/Trend
OXŞAR XƏBƏRLƏR