ABŞ-İran danışıqları İslamabadda keçirilə bilər

ABŞ-İran danışıqları İslamabadda keçirilə bilər
DÜNYA
23:06 29.03.2026
227
"ABŞ və İran arasında danışıqların yaxın günlərdə İslamabadda keçirilməsi mümkündür".

AZXEBER.COM xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri İshaq Dar deyib.

Onun sözlərinə görə, həm İran, həm də ABŞ Pakistanın vasitəçiliyinə etimad göstərib və rəsmi İslamabad tərəflər arasında məzmunlu danışıqların təşkilinə hazırdır.

İ.Dar əlavə edib ki, Çin və Birləşmiş Millətlər Təşkilatı da Pakistanın təşəbbüsünü dəstəkləyir. Qeyd olunub ki, məqsəd Yaxın Şərqdəki münaqişənin hərtərəfli və davamlı şəkildə həllinə nail olmaqdır.
OXŞAR XƏBƏRLƏR