ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı

ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
DÜNYA
23:49 18.09.2026
40
"Tehran ölkənin düşmənləri tərəfindən hər hansı təcavüzkar hərəkətə cavab verməyə tam hazırdır".

AZXEBER.COM "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərəmi bəyan edib.

"Biz düşmənin hər hansı bir səhvə yol verməsinə qətiyyətlə cavab verməyə 100 faiz hazırıq", - deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində Fars körfəzi ölkələrinin liderləri ilə görüşəcəyini bildirmişdi. O, həmin görüşdə İranla müharibədə növbəti addımları müzakirə edəcək.

Bununla yanaşı, ABŞ Prezidenti İrana qarşı yeni zərbələrin endirilməsini də istisna etməyib.
OXŞAR XƏBƏRLƏR