Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama

Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
SOSİAL
22:16 18.09.2026
45
Parkinq sisteminin işləmə prinsipi ilə bağlı suallar yaranıb.

AZXEBER.COM "oxu.az”a istinadla xəbər verir ki, sürücü avtomobili park etdiyi ərazidən uzaqlaşdırdıqdan sonra parkinqi tətbiqdə bağlamağı və çıxışı təsdiqləməyi unudarsa, həmin parkinq yerinin sistemdə necə əks olunduğu maraq doğurur.

İddia olunur ki, belə halda avtomobil ərazidən çıxmasına baxmayaraq, parkinq sessiyası sistemdə aktiv olaraq qalmalıdır. Bu isə həmin yerin proqramda hələ də məşğul görünməsinə səbəb ola bilər.

Digər tərəfdən, əgər sürücü çıxışı təsdiqləməyibsə, eyni parkinq yerində başqa avtomobilin parklanması zamanı sistemin bunu necə qəbul etdiyi sual doğurur.

Məsələ ilə bağlı əsas sual budur: əvvəlki sürücü parkinqi bağlamayıbsa, proqram həmin yeri yeni avtomobil üçün necə boş hesab edə bilir?

Bu vəziyyətdə sistemin avtomobilin ərazidən faktiki olaraq çıxmasını hansı mexanizmlə müəyyənləşdirdiyi də aydınlaşdırılmalıdır.

Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal parklanma vaxtını başlatmalı və avtomobil məntəqəni tərk etdikdə onu sonlandırmalıdır.

"Bu prosesin düzgün reallaşdırılması məsuliyyəti sürücünün üzərindədir. Proqram təminatı avtomobilin parklanma yerini tərk etdiyini təyin edə bilməz, çünki sürücü öz avtomobilini məntəqədə saxlayaraq digər nəqliyyat vasitəsi ilə və ya piyada ərazini tərk edə bilər.

Boş yerlərin mövcudluğu tətbiqdə informativ xarakter daşıyır. Tətbiqdə boş yer görünməsə də, fiziki olaraq boş yer varsa, proqramın funksionallığı parklanma vaxtını başlatmağa icazə verir.Parklanma məntəqələrində nəqliyyat vasitələrinin davamlı monitorinqi aparılır, məlumatlar sistemə ötürülür və qanunamüvafiq qaydada proses aparılmadığı təqdirdə cərimə tətbiq olunur.

Cərimə protokolunun elektron kabinetdə yerləşdirilməsi və bu barədə SMS məlumatlarının göndərilməsi isə qanunvericiliklə 24 saat ərzində təmin edilməlidir. Parklanma ödənişi isə parklanma yerinin məşğul edilməsinə görə edilir", - deyə T.Orucov bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış