ABŞ İran PUA-sını vurdu

ABŞ İran PUA-sını vurdu
DÜNYA
22:09 03.02.2026
786
ABŞ hərbçiləri Ərəb dənizində "Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurub.

Bu barədə "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, İran istehsalı olan "Şahed-139” pilotsuz aparatı təyyarədaşıyan gəmiyə doğru uçarkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən məhv edilib.
OXŞAR XƏBƏRLƏR