"ABŞ-İran razılaşması fasiləsiz icra olunmalıdır"

"ABŞ-İran razılaşması fasiləsiz icra olunmalıdır"
DÜNYA
15:27 16.06.2026
149

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.


AZXEBER.COM xəbər verir ki, Hakan Fidan çıxışında Ukrayna müharibəsinin sülh yolu ilə başa çatmasının vacibliyini vurğulayıb.


"Beşinci ilinə daxil olan Ukrayna müharibəsinin sülh yolu ilə sona çatdırılması istəyimizi bir daha ifadə etdik. Qarşıdakı günlərdə danışıqlar mərhələsinə ev sahibliyi etməyə hazır olduğumuzu bildirdim. Türkiyənin əsas prioriteti Rusiya ilə Ukraynanın diplomatik masa arxasına qayıtmasıdır”, – deyə Fidan bildirib.

Nazir qeyd edib ki, müharibənin coğrafi baxımdan genişlənməsi narahatlıq doğurur və Türkiyə Qara dənizdə maraqlarına zərər verə biləcək addımların qarşısının alınmasını gözləyir.


Hakan Fidan ABŞ və İran arasında əldə olunan razılaşmaya da toxunaraq bildirib ki, yekun imzalar atılana qədər həssas mərhələdə mümkün təxribat cəhdlərindən yayınmaq vacibdir.


"ABŞ-İran razılaşması fasiləsiz şəkildə həyata keçirilməlidir. İsrailin mümkün sabotaj cəhdlərindən çəkinilməsi həyati əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Fidan həmçinin Hürmüz boğazının müharibədən əvvəl olduğu kimi sərbəst və fasiləsiz keçid üçün açıq saxlanılmasının vacibliyini qeyd edib.

 
Gülay
OXŞAR XƏBƏRLƏR