Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək
DÜNYA
06:43 05.11.2026
455
Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor dekabr ayında dələduzluq işi üzrə məhkəmədə şahid qismində ifadə verəcək.

AZXEBER.COM BBC-yə istinadla xəbər verir ki, Endryu Mauntbatten-Vindzora dekabrın 15-də və ya həmin tarixə yaxın günlərdə Ali Məhkəmədə ifadə verməsini tələb edən məhkəmə çağırışı təqdim olunub.

Məhkəmə işi varlı bir qadının keçmiş maliyyə məsləhətçisi tərəfindən aldadıldığına dair iddiası ilə bağlıdır. Endryu Mauntbatten-Vindzor hər hansı qanun pozuntusunda ittiham olunmur. Bununla belə, onun mübahisəli ödənişlərin bir hissəsini aldığı, o cümlədən hesabına 750 min funt sterlinq köçürüldüyü bildirilir. Bu səbəbdən məhkəmədə ona maliyyə əməliyyatları ilə bağlı suallar verilə bilər.

Bu, Endryu Mauntbatten-Vindzorun 2019-cu ildə BBC-nin "Newsnight” proqramına verdiyi müsahibədən sonra ilk dəfə ictimaiyyət qarşısında sualları cavablandırması olacaq. Bildirilir ki, o, XIX əsrdən bəri məhkəmədə şahid qismində ifadə vermək üçün rəsmi çağırış alan ilk Britaniya kral ailəsi üzvü ola bilər.

Ötən ay hakim Endryu Mauntbatten-Vindzorun məhkəməyə şahid qismində çağırılmasına icazə verib. Onun kral titullarından məhrum edilməsindən sonra ilk dəfə ictimaiyyət qarşısında danışacağı gözlənildiyindən məhkəmə prosesinin geniş media marağına səbəb olacağı bildirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
48 cinayətdə təqsirləndirilən dəstə başçısı Azərbaycanda tutuldu
00:13 13.11.2026
48 cinayətdə təqsirləndirilən dəstə başçısı Azərbaycanda tutuldu
Bakıda ev almaq üçün ən sərfəli 5 ƏRAZİ
00:08 13.11.2026
Bakıda ev almaq üçün ən sərfəli 5 ƏRAZİ
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
00:03 13.11.2026
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
23:56 12.11.2026
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
23:53 12.11.2026
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
23:43 12.11.2026
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
23:39 12.11.2026
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
23:22 12.11.2026
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
23:13 12.11.2026
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
23:04 12.11.2026
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
22:55 12.11.2026
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
22:39 12.11.2026
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
22:36 12.11.2026
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
22:21 12.11.2026
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
22:10 12.11.2026
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
22:07 12.11.2026
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat