İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığı haqqında yayılan xəbərlərdən sonra ABŞ-ın İrana döyüş təyyarələri göndərdiyi bildirilir.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edilib.
ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılması qərara alınıb. Təyyarələrin göndərilməsi ABŞ və Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın güclü göstəricisi kimi qəbul olunur.