ABŞ İranda məktəbə zərbə endirilməsi ilə bağlı ittihamları rədd edib

ABŞ İranda məktəbə zərbə endirilməsi ilə bağlı ittihamları rədd edib
DÜNYA
08:59 05.03.2026
308
"ABŞ İranda qızlar üçün ibtidai məktəbə zərbə endirməyib".

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt belə deyib.

Onun sözlərinə görə, Vaşinqton mülki əhaliyə hücum etmir. Livitt jurnalistlərə ABŞ-ni mülki obyektlərə məqsədli zərbələr endirməkdə ittiham etməmək barədə xəbərdarlıq edib.

"Bildiyimiz kimi, ABŞ mülki əhaliyə hücum etmir", - deyə o bildirib.

Eyni zamanda İsrail Ordusu (SAXAL) da məktəbə zərbə endirilməsi ilə bağlı məlumatları araşdırdığını açıqlayıb. Qurumdan bildirilib ki, həmin vaxt ərazidə İsrail Hərbi Hava Qüvvələrinin fəaliyyət göstərdiyinə dair əlamətlər yoxdur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İran hakimiyyətinin məlumatına görə, ölkənin cənubunda yerləşən Minab şəhərində ibtidai məktəbə zərbə endirilməsi nəticəsində 171 nəfər həlak olub.
OXŞAR XƏBƏRLƏR