ABŞ höküməti İranda saxlanılan 5 Amerika vətəndaşının azadlığa buraxılması müqabilində Tehrana qarşı tətbiq etdiyi 6 milyard dollarlıq sanksiyalardan imtina barədə qərar imzalayıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Vaşinqton administrasiyası İranda saxlanılan 5 Amerika vətəndaşının azadlığa buraxılması müqabilində Tehranın dondurulmuş 6 milyard dollarına qarşı sanksiyaları ləğv edib.
Bu çərçivədə, İran pullarını Cənubi Koreyadan Qətərə köçürüləcək.
ABŞ və İran rəsmilərinin prinsipial razılığın əldə olunduğunu deməsindən bir ay sonra, dövlət katibi Antoni Blinken keçən həftənin sonunda sanksiyalardan imtina haqqında sənədi imzalayıb.
Şəbnəm