ABŞ hökuməti İranla münaqişənin nizamlanmasını aprelin 9-dək başa çatdırmaq niyyətindədir.
Bu barədə "Ynet" mənbəyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbəti qeyd edib, ABŞ tərəfi bu tarixi "müharibənin bitmə günü" kimi qeyd edib, Onun sözlərinə görə, bu vaxta qədər 21 gün qalır ki, bu da "müharibə və danışıqlar üçün" istifadə olunacaq.
Mənbə iddia edir ki, müddətin seçilməsi ABŞ Prezidenti Donald Trampın İsrailin Müstəqillik Gününün (21-22 aprel) qeyd edilməsinə getmək planları ilə bağlıdır. Burada o, ölkənin ən yüksək dövlət mükafatı - İsrail Mükafatını almalıdır.
"Ynet"in həmsöhbəti əlavə edib ki, ABŞ və İran arasında danışıqlar bu həftə Pakistanda planlaşdırılıb. "Axios"un məlumatına görə, hazırda Türkiyə, Misir və Pakistan daxil olmaqla vasitəçi ölkələr bu sammitin təşkili üzrə təmaslar aparırlar. Gözlənilir ki, Vaşinqtonun əsas nümayəndəsi ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens olacaq. İran nümayəndə heyətinə isə, ehtimal ki, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək.