ABŞ iranlı iş adamı Əmir Hüseyn Seyrəfini azadlığa buraxıb.
İranlı iş adamı üç illik həbs həyatından sonra İndiana ştatının Terre Haute şəhərindəki həbsxanadan sərbəst buraxılaraq İrana geri göndərilib.
Qeyd edək ki, Ə. Seyrəfi 2010-cu il yanvarın 1-də Almaniyanın Frankfurt beynəlxalq hava limanında həbs olunub. Almaniya rəsmiləri iranlı iş adamını bəzi avadanlıqların Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) azad ticarət zonası üzərindən İrana göndərilməsinə yardımçı olmaqda günahlandırmışdı.
ABŞ rəsmiləri isə həmin avadanlıqların İranın nüvə proqramında istifadə olunması üçün bu ölkəyə göndərilməsi məqsədi daşıdığını irəli sürüblər. Nəhayət, bir müddət sonra Ə. Seyrəfi ABŞ-a ekstradisiya olunub. Bu ölkədə isə iranlı iş adamı sui-qəsd aktlarında, çirkli pulların yuyulmasında və ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları pozmaqda ittiham olunaraq azadlıqdan məhrum edilib.