ABŞ-İsrail hücumları nəticəsində Şirazda 20 nəfər həlak oldu

ABŞ-İsrail hücumları nəticəsində Şirazda 20 nəfər həlak oldu
DÜNYA
11:53 06.03.2026
219
ABŞ və İsrailin İranın Şiraz şəhərinə həyata keçirdiyi hücumlar nəticəsində iki səhiyyə işçisi də daxil olmaqla 20 mülki şəxsin həlak olduğu bildirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mehr Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Fars əyalətinin qubernator müavini Cəlil Hüseyni hadisə ilə bağlı açıqlama verib.

Hüseyni bildirib ki, Şirazda Zibaşəhr Parkı yaxınlığında baş verən hücum nəticəsində 20 mülki şəxs həyatını itirib, 30 nəfər yaralanıb.

İran rəsmisinin sözlərinə görə, hücum zamanı Şirazdakı 115-ci Təcili Yardım Mərkəzi tamamilə dağılıb, bələdiyyəyə məxsus binalara da ciddi ziyan dəyib.

Fars Təcili Yardım Bölməsinin rəhbəri doktor Məsud Abid isə bildirib ki, hücum nəticəsində 115-ci Təcili Yardım Mərkəzində çalışan iki səhiyyə işçisi də həyatını itirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR