Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR
MƏDƏNİYYƏT
13:58 06.03.2026
763
Azərbaycan Dövlət Filarmoniyasında "Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı, Baku Media Mərkəzi və "Bu gün TV Media Qurumu”nun dəstəyi ilə ilk dəfə "Mərhəmət Gecəsi” adlı xeyriyyə tədbiri baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə nazirliklərin və dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, QHT sədrləri, özəl şirkət rəhbərləri, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.Azərbaycanın hər zaman tarix boyu mərhəmətli insanları, xeyriyyəçilik missiyası həyata keçirən şəxsiyyətləri olub. Onlar öz xoş əməlləri ilə tarix yazıblar –yaşayıblar, qurublar, yaradıblar. Belə insanlar heç zaman unudulmurlar, hər zaman sevgi və ehtiramla anılırlar. Bu gün həssas qrupdan olan uşaqların sevgiyə, qayğıya, mərhəmətə daha çox ehtiyacları var. Bu barədə "Ümid Yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimli tədbirdə çıxış edərkən danışıb. Mərhəmətin yoluxucu olduğunu, paylaşıldıqca artdığını vurğulayıb. 
 
"Nə yaxşı ki, bu gün dünya mərhəmətli insanlardan xali deyil. Onlar qocaları, ahılları, tənha insanları, xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqları heç zaman tək qoymur, təmənnasız sevgi və qayğıları ilə əhatə edirlər. Bu gün bu tədbirin təşəbbüskarı və təşkilatçısı olan "Ümid yeri” Uşaq sığınacağının sakinləri də belə mərhəmətli insanların qayğısı ilə əhatələniblər”- deyə, Nigar Mənsimli çıxışında bildirib. Sonra Nigar Mənsimli layihənin icraçıları – Əməkdar jurnalist, tədbir təşkilatçısı Elnarə Dərziyeva ilə şair, qiraət ustası, aparıcı Səbuhi Zamanı səhnəyə dəvət edərək, minnətdarlığını bildirib, onlara təşəkkürnamələr təqdim edib.Tədbir çərçivəsində həyata keçirilən konsert proqramında "Ümid Yeri” Uşaq Sığınacağının valideyn himayəsindən məhrum uşaqları, əlilliyi olan, görmə məhdudiyyətli, autizmli yeniyetmələrin iştirakı ilə yoqa, rəqs və musiqi nömrələri ifa olunub, səhnəciklər nümayiş etdirilib.Orkestrin müşayəti ilə H.Əliyev Fondunun vitse-prezidenti, mərhəməti ilə hər zaman örnək olan Leyla xanım Əliyevaya həsr olunan yeni bəstə ictimayyətə təqdim edilib.
 
Layihədə öz benefisiarları və tələbələri ilə iştirak edən DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzi, Bakı Media Mərkəzi, Azərbaycan Dövlət Musiqili Akademik Teatrı, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyası, "Theraplay” psixologiya və nitq inkişafı mərkəzi, quruluşçu rejissor Samir Qulamov, telejurnalist, ssenarist Minarə Xəlilova və Mədəniyyət televiziyasının redaktoru, prodüser Vüsalə İsmayılova, bəstəkar Sevinc Tofiqqızı, yoqa təlimçisi İlhamə Şirinova, rəssam Ramal Kazımov və müğənni Dilarə Kazımova təşəkkürnamələrə layiq görülüblər.Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri millət vəkili Əziz Ələkbərli və millət vəkili Vüqar İskəndərli də iştirak ediblər.
 
Türk Ağsaqqaları İctimai Birliyinin Gənclər Şurasının sədr müavini Müşfiq Nəsirliyə tədbirin konüllülərlə təşkilində dəstəyə görə minnətdarlıq ifadə olunub.Gecədə korporativ sosial məsuliyyətini dərk edən, davamlı xeyriyyə missiyaları gerçəkləşdirən "Snerjipro” şirkətinin rəhbəri Ufuk Aydın və "Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Osman Karakuş ”Mərhəmət elçisi” mükafatına layiq görülüblər. Bununla yanaşı, gecənin ərsəyə gəlməsindədəstək olan "Ziraat Bank Azərbaycan ”, "GL Group”, "Zenith Group” və xeyriyyəçi xanım Anna Çerkasovaya mərhəməti əks etdirən rəsmlər təqdim olunub.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı