ABŞ kəşfiyyatından Qarabağda MÜHARİBƏ ANONSU

ABŞ kəşfiyyatından Qarabağda MÜHARİBƏ ANONSU
SİYASƏT
18:30 13.07.2016
5186
ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərini və münaqişə ətrafındakı vəziyyəti şərh edib.
Nəşr bildirib ki, aprel döyüşlərində hər iki tərəf itki versə də, münaqişənin yerindən tərpədilməsi üçün diplomatik kanallar işə düşdü: “Apreldən sonra diplomatik döyüş başlandı və 1994-cü ilin atəşkəs şərtləri ilə razılaşmayan Azərbaycan üçün bu yaxşı xəbərdir. Doğrudur, Azərbaycan aprel döyüşlərində ərazilərini tam azad edə bilmədi, lakin o, Ermənistanı kənara tullaya bildi və münaqişəni həll etmək üçün danışıqları canlandırdı. Bundan başqa, Bakı beynəlxalq diqqəti münaqişəyə cəlb edə bildi”.
“Stratfor” Rusiyanın münaqişənin həlli prosesində iştirak edən xarici vasitəçilərin ən nüfuzlusu olduğunu qeyd edib.
“Ermənistanda Rusiyanın 5 min hərbiçisi var, həmçinin, Azərbaycana silah satır. Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərin görüşünü təşkil etdi. Orada ABŞ və Fransa məmurlarının iştirak etməsinə baxmayaraq, Putin Sarkisyan və Əliyevlə ayrılıqda məsləhətləşmələr apardı. Rusiyalı məmurlar və yerli media şərhlər verirlər ki, Rusiya sülhməramlı qüvvələrini Qarabağa yerləşdirərək, ətrafdakı yeddi rayonun mərhələli formada qaytarılmasını təmin edə bilər. Lakin bu plan açıq şəkildə problemə səbəb olacaq. Çünki Ermənistan faktiki olaraq Dağlıq Qarabağı nəzarətdə saxlamaq istəyir”, - deyə mərkəzi qeyd edib.
Təhlildə Rusiyanın münaqişəni həqiqətən həll etmək istəyinə şübhə ilə yanaşılır: “Münaqişənin əsas arbitri olan Moskvanın münaqişənin həllində maraqlı olması inandırıcı deyil. Çünki münaqişə Rusiyaya Azərbaycan və Ermənistan üzərində təsir imkanı yaradır və onu regionda ABŞ, Türkiyə kimi oyunçulardan bir addım önə çıxarır. Doğrudur, Qarabağda rus əsgərlərinin yerləşdirilməsi Moskvanın regionda daha da gücləndirilməsi ilə nəticələnə bilər. Lakin Rusiya böyük razılaşma olmadan, Qarabağ ətrafında aktiv diplomatik rol oynamağı seçib. O da həqiqətdir ki, Azərbaycan danışıqların cari raundu üçün qeyri-müəyyən vaxtın seçilməsi, yaxud nəticəsiz danışıqlar keçirilməsi ilə razılaşmayacaq. Əgər diplomatiya uğur qazanmasa, o zaman aprel döyüşlərinə bənzər hadisələrin baş verməsi istisna deyil. Bu baxımdan, Rusiyanın bəyanatları nailiyyət əldə olunmasına ümid yarada bilər. Lakin bütün hallarda Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün sözdən çox, addımlar lazımdır”.(publika.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"