ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq
DÜNYA
18:56 17.09.2022
313
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası pilotu Mik Şumaxerlə yollarını ayıracaq.

AZXEBER.COM Report"a istinadən xəbər verir ki, ABŞ təmsilçisi 23 yaşlı sürücünün mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

"Haas"ın rəhbəri Günter Ştaynerin fikrincə, Mik Şumaxer onların tələblərinə cavab vermir. Almaniyalı pilotu həmyerlisi Niko Hülkenberqin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Mik Şumaxer 7 qat dünya çempionu Mixael Şumaxerin oğludur.
OXŞAR XƏBƏRLƏR