ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək

ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
DÜNYA
22:17 07.07.2025
272
ABŞ avqustun 1-dən Koreya Respublikası və Yaponiyadan idxala 25% rüsum tətbiq etmək qərarına gəlib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp "Truth” hesabında Cənubi Koreya və Yaponiya liderlərinə məsələ ilə bağlı ünvanlanan məktubların mətnlərini dərc edib.

Məktublarda qeyd olunur ki, Tokio və Seul Vaşinqtona cavab rüsumları tətbiq etmək qərarına gəlsələr, ABŞ Koreya Respublikası və Yaponiya ilə bağlı rüsum dərəcələrini artıracaq.

O həmçinin bildirib ki, bu ölkələrə təyin olunacaq rüsum dərəcələri Seul və Tokionun təyin edəcəyi dərəcələrə uyğun olaraq artırılacaq.
OXŞAR XƏBƏRLƏR