Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum nəticəsində ilkin məlumata görə, 4 nəfər həlak olub.
AZXEBER.COM xəbər verir ki, Oqbaru bölgəsində humanitar yardım fəaliyyətləri üçün Anambra əyalətindəki ABŞ səfirliyinin əməkdaşları hücuma məruz qalıb.
İlkin məlumata görə, hücumda 4 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Anambra əyalət polisinin sözçüsü Toçukvu İkenqa hücumu təsdiqləyib və təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini bildirib.
Ayşən