ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum: Xeyli ölü və yaralı var

ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum: Xeyli ölü və yaralı var
DÜNYA
11:23 17.05.2023
260
Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum nəticəsində ilkin məlumata görə, 4 nəfər həlak olub.

AZXEBER.COM xəbər verir ki, Oqbaru bölgəsində humanitar yardım fəaliyyətləri üçün Anambra əyalətindəki ABŞ səfirliyinin əməkdaşları hücuma məruz qalıb.

İlkin məlumata görə, hücumda 4 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Anambra əyalət polisinin sözçüsü Toçukvu İkenqa hücumu təsdiqləyib və təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR