ABŞ Kubaya neft tədarük edən ölkələri hədələyir

ABŞ Kubaya neft tədarük edən ölkələri hədələyir
DÜNYA
12:20 30.01.2026
300
Vaşinqton Kubadakı rejimin əsas enerji mənbəyini kəsmək məqsədilə "ikinci dərəcəli sanksiyalar” strategiyasını tətbiq edir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu qərar Meksika, Venesuela və Rusiya kimi Kubaya yanacaq tədarük edən ölkələrə birbaşa təsir göstərə bilər.

Ağ Evin açıqlamasına görə, sanksiyalar Kuba rejiminin repressiv aparatını dəstəkləyən enerji mənbələrini məhdudlaşdırmaq məqsədi daşıyır. Yeni qaydaya əsasən, Kubaya neft, qaz və digər enerji məhsulları satan ölkələrin ABŞ bazarına ixrac etdiyi məhsullara maliyyə sanksiyaları və gömrük maneələri tətbiq olunacaq.

Ekspertlər bildirir ki, bu addım təkcə enerji tədarükçülərə deyil, həm də bu ticarəti asanlaşdıran gəmiçilik və sığorta şirkətlərinə təsir göstərə bilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR