ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi
DÜNYA
02:43 14.07.2026
321
ABŞ Dövlət Departamenti Kubaya qarşı sanksiyaların genişləndirildiyini elan edib.

AZXEBER.COM bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir.

Sanksiyalar Kubanın Turizm Nazirliyinə, bir neçə hərbiləşdirilmiş struktura - xüsusi təyinatlılara və ərazi müdafiə qüvvələrinə, həmçinin bir neçə idxal-ixrac şirkətinə qarşı tətbiq edilib.

Qeyd edək ki, iyun ayında ABŞ Kuba Prezidenti Migel Dias-Kanelə, eləcə də ölkənin bir sıra digər hakimiyyət strukturlarına və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
OXŞAR XƏBƏRLƏR