ABŞ XİN tərəfindən Küveytə 425 milyon dollar dəyərində Patriot raket sistemi avadanlığı və dəstək xidmətlərinin mümkün satışını təsdiqlənib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pentaqon Küveytə 425 milyon dollar dəyərində Patriot raket sistemi avadanlıqları və dəstək xidmətlərinin mümkün satışını təsdiqləyib.
Nazirlik açıqlamasında Körfəz regionunda strateji hərbi əməkdaşlığın davam etdiyini vurğulayıb.
İcazənin ABŞ-nin Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində verildiyi bildirilib. Pentaqon bu satışın ABŞ-nin xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcəyini və regionda əsas tərəfdaşın təhlükəsizliyini gücləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, nazirliyin təsdiqindən sonra qərar ABŞ Konqresinə təqdim olunacaq. Konqres sövdələşməni əngəlləmək səlahiyyətinə malik olsa da, bu cür hərəkətlər, ümumiyyətlə, Dövlət Departamentinin təsdiqindən sonra rəsmi olaraq qəbul edilir.
Buunla yanaşı, ABŞ-nin girovlar üzrə xüsusi nümayəndəsi Adam Boehler Küveytin ölkədə saxlanılan daha 10 ABŞ vətəndaşını azad etdiyini, bununla da son iki ayda Körfəz ölkəsindən azad edilən ABŞ vətəndaşlarının sayının 23-ə çatdığını açıqlayıb.
Oksana