ABŞ-li senator Bernie Sanders ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahunun müharibə siyasətini tənqid edib.
AZXEBER.COM xəbər verir ki, o, X sosial şəbəkəsindəki hesabında paylaşım edərək bildirib ki, Tramp və Netanyahu bitmək bilməyən müharibələrə başlayır:
"Tramp və Netanyahunun bitmək bilməyən müharibələri artıq yetərlidir”.
Senator qeyd edib ki, İranda 3 min 375 nəfər ölüb, 26 min 500 nəfər yaralanıb.
Onun sözlərinə görə, Livanda 2 min 702 nəfər həyatını itirib, 8 min 311 nəfər yaralanıb. Körfəz ölkələrində isə 28 nəfər ölüb, 289-dan çox insan yaralanıb.
Sanders həmçinin bildirib ki, İsraildə 26 nəfər ölüb, 7 min 791 nəfər yaralanıb. ABŞ tərəfdən isə 13 hərbçi həyatını itirib, 381 hərbçi yaralanıb.
Şahanə











































